Azərbaycan gələn il idxal rüsumlarının azaldılacağı mal mövqelərinin sayını artırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ticarət və Xarici İnvestisiya Siyasəti Departamentinin Ticarət siyasəti şöbəsinin rəhbəri Həsən Əliyev Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in (ASM 2025) təqdimat seminarında bildirib.
Onun sözlərinə görə, ötən il hökumət 272 mal mövqeyi üzrə idxal rüsumlarının dərəcələrini azaldıb. Bunların əksəriyyəti istehsal prosesində istifadə olunan xammal və aralıq mallar təşkil edir.
"2026-cı ildə bu siyahının genişləndirilməsi və şirkətlərə xərcləri azaltmaqda dəstək göstərilməsi ilə bağlı böyük planlarımız var. Bu, onlara məhsulların keyfiyyətini artırmağa və qlobal bazarlarda öz mövqelərini möhkəmləndirməyə imkan verəcək", - H.Əliyev qeyd edib.
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər
Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib