2026-cı ildə Azərbaycan dövlət büdcəsinin nəzərdə tutulan xərcləri 2022-ci illə müqayisədə 9,6 milyard manat və yaxud 30 % çoxdur.
“İki sahil” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, növbəti il üçün büdcə layihəsinin hazırlanması zamanı iqtisadiyyatın inkişafı, əhalinin sosial təminatının gücləndirilməsi, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi və digər tədbirlər üçün maliyyə təminatının formalaşdırılması büdcə siyasətinin əsas istiqamətlərini təşkil edib. .
"2026-cı ildə büdcə xərclərinin 25,2 milyard manatı və yaxud 60,3 %-i cari xərclər, 14,1 milyard manatı və yaxud 33,8 %-i əsaslı xərclər, 2,5 milyard manatı və yaxud 5,9 %-i dövlət borcuna xidmətlə bağlı xərclər olacaq. Cari xərclərin 88,1 %-i qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq. Bu, 2025-cı ilə nisbətən 7,1 faiz bəndi çoxdur", - deyə nazir müavini əlavə edib.
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər
Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib