Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 830 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox investisiya yönəldilib.
"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,8 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 6 % artıb.
10 ayda istifadə olunmuş investisiyanın 7 milyard 499,8 milyon manatı və yaxud 50,6 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 863,3 milyon manatı və yaxud 32,8 %-i xidmət sahələrinə, 2 milyard 466,9 milyon manatı və yaxud 16,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 486,5 milyon manatını və yaxud 77,5 %-ni daxili investisiyalar təşkil edib, 11 milyard 493,8 milyon manatı və yaxud 77,5 %-i bilavasitə tikintiquraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər
Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib