Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 42 milyard 128,4 milyon kubmetr təbii qaz hasil edilib.
"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 32 milyard 263,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1,2 %, əmtəəlik qaz hasilatı isə 1,7 % artıb.
Ötən 10 ay ərzində Azərbaycanda 23 milyon 043 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 22 milyon 988,5 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 10 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,6 % azdır.
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər
Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib