Azərbaycanın tarixi-mədəni qoruqlarındakı suvenir mağazalarına tətbiq olunan tələblər sərtləşdirilir.
“İki sahil” xəbər verir ki, bunu mediatur zamanı jurnalistlərə açıqlamasında Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

O bildirib ki, bu məsələ yerli sənətkarlığın təşviqi məqsədilə edilir: "Son illər xaricdən gətirilən ucuz suvenirlərin mağazalarda üstünlük təşkil etməsi yerli sənətkarların fəaliyyətinə mənfi təsir göstərir. Bu səbəbdən qoruqların ərazisində yerləşən satış obyektlərinə yeni şərtlər tətbiq olunur. Biz qoruqlardakı suvenir mağazalarında yerli məhsulların satışını artırmaqda maraqlıyıq. Xaricdən gətirilən ucuz suvenirlərin dominantlıq etməməsi üçün mağazalara müəyyən şərtlər qoyuruq və yerli ustaları daha kiçik ölçülü, əlçatan qiymətli məhsullar hazırlamağa təşviq edirik".
Orxan Vahidoğlu, "İki sahil"
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb