2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 %-i, cari xərclərin isə 68 %-i və yaxud 17,1 milyard manat sosialyönlü xərclər olacaq.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və yaxud 17 % çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, örtamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və yaxud 48 % çox olacaq: "halinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn il büdcədə 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41 % artıb".
"Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır", - deyə o qeyd edib.