22 noyabr 2025 10:25
613

Azərbaycanda “Probasiyanın İnkişaf Konsepsiyası” hazırlanıb

Azərbaycanda “Probasiyanın İnkişaf Konsepsiyası” hazırlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, cəzaçəkmə müəssisələrinin infrastrukturunun gücləndirilməsi ilə bağlı layihələr üzərində işlər davam etdirilir. “Bu tədbirlər penitensiar sistemdə proseslərin müasirləşdirilməsini hədəfləyir. Alternativ cəzaların tətbiqinin genişləndirilməsi, məhkumların reabilitasiyasının gücləndirilməsi və icra sistemində müasir yanaşmaların tətbiqi məqsədilə “Probasiyanın İnkişaf Konsepsiyası” da hazırlanıb, - deyə nazirlikdən bildirilib.