20 noyabr 2026 21:02
161

Xanlar Fətiyev Bərdədə vətəndaşları qəbul etdi – Müraciətlər dinlənildi

Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdə rayonunda vətəndaşlarla qəbul- görüş keçirib.

Millət vəkili Xanlar Fətiyev deputat seçildiyi 98 saylı Bərdə-Tərtər seçki dairəsi üzrə Bərdə rayonunun Şahvəlilər kəndində vətəndaş qəbulu keçirib.

Qəbuldan əvvəl deputat Xanlar Fətiyev sakinlərlə birlikdə Şahvəlilər kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidə önünə gül dəstələri düzüb.

Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial və məişət məsələləri ətrafında müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli üçün müvafiq addımlar atılıb, digər müraciətlər isə nəzarətə götürülüb.

Şahvəlilər kəndində keçirilən qəbuldan sonra deputat Xanlar Fətiyev YAP Bərdə rayon təşkilatının inzibati binasında da vətəndaşları qəbul edib. Burada da sakinlərin müraciətləri dinlənilib, onları maraqlandıran məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

Qəbul- görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirak edib.

Vətəndaşlar keçirilən qəbul və görüşlərdən razı qaldıqlarını bildirərək, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişaf siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.