Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 093,658 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,3 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 3,8 % azalaraq 587,851 milyon ABŞ dolları (ümumi ixracın 10,1 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 10,2 % artaraq 505,808 milyon ABŞ dolları (ümumi idxalın 3,4 %-i) olub.
10 ay ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 8,6 % artaraq 20 milyard 831,520 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 6,8 % artaraq 5 milyard 835,865 milyon ABŞ dolları, idxalın dəyəri isə 9,3 % artaraq 14 milyard 995,655 milyon ABŞ dolları olub.
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib