Bu ilin III rübündə Gürcüstan ərazisinə dəmir yolu ilə daxil olan yüklərin 32 %-i və yaxud 282,912 min tonu Azərbaycandan göndərilib.
“İki sahil” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, Rusiyanın payı 29,1 %, digər ölkələrin payı isə 38,9 % olub.
Hesabat dövründə Gürcüstanın dəmir yolları ilə 3,5 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 1,4 % azdır. Ümumi yüklərin 9,5 %-i ölkədaxili, 32,4 %-i beynəlxalq, 58,1 %-i isə tranzit yüklərin payına düşüb.
III rübdə yükdaşımaların 37,7 %-ni koks və emal olunmuş neft məhsulları, 20,6 %-ni kimya, kimya məhsulları və süni liflər; rezin və plastik məmulatları, 12,6 %-i metal filizləri, eləcə də mədən və karxana məhsulları təşkil edib.
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib