Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır.
“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.
Azərbaycan Prezidenti qeyd edib ki, beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir.
“İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib