Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
“İki sahil” xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 66 nəfərdən ibarət 16 ailə yenidən bərpa edilən evlərə yerləşdirilib.
Sakinlər doğma yurdlarında qarşılandıqdan sonra, onlara açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev təqdim edib. O, sakinləri təbrik edərək, onların yeni evlərdə sağlam, xoşbəxt və təhlükəsiz yaşamalarını arzulayıb. M.Əfəndiyev çıxışında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və tikinti işləri uğurla davam etdirilir. Bu işlər həm regionda həyatın normallaşmasına, həm də sakinlərin öz doğma torpaqlarına geri dönməsinə xidmət edir.
Yeni məskunlaşan ailələr təhvil verilən evlərin bütün şəraitlə təmin olunduğunu deyərək, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında texniki vasitələrdən istifadə ilə bağlı ibtidai istintaq tamamlanıb
Kamran Əsədovun bu qədər rahat davranması məni təəccübləndirdi - Məleykə Abbaszadə