Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub.
“İki sahil” xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər) köçürülüb.
Qeyd edək ki, köç edənlər Azərbaycanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.