28 noyabr 2025 11:29
261

TDT-nin yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında birgə Kommünike qəbul edilib

Bakıda keçirilən TDT-nin media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında birgə Kommünike qəbul edilib.

“İki sahil” xəbər verir ki, sənəddə etibarlı və dayanıqlı yanaşmanın formalaşdırılması, informasiya təhlükəsizliyi məsələləri, media sahəsində birgə tədbirlərin keçirilməsi və üzv dövlətlərin bir-birinə dəstəyinin gücləndirilməsi kimi əsas istiqamətlər əksini tapıb. Kommunike, həmçinin TDT ölkələri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi və ortaq informasiya platformalarının inkişaf etdirilməsini nəzərdə tutur.