Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.
“İki sahil” xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.
Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.
Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir - Nazir müavini