30 noyabr 2025 13:12
259

"Bavariya" rekordunu təkrarlayıb

"Bavariya" klubu Almaniya Bundesliqasında rekordunu təkrarlayıb.

“İki sahil” xəbər verir ki, Münhen təmsilçisi buna XII turda "Sankt-Pauli"ni məğlub etdikləri (3:1) matçda nail olub.

Ölkə çempionu turnirdəki son 20 oyunun hər birində 2 və ya da çox qol vurub.

"Bavariya" 2013/2014 mövsümündə Xosep Qvardiolanın baş məşqçisi olduğu dönəmdə də eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, komanda hazırda 34 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.