Milli Məclisin deputatı Könül Nurullayeva ofisinə daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında işlə təmin olunma, ailə-məişət problemindən əziyyət çəkən sakinə dəstəyin göstərilməsi, məhəllənin abadlaşdırılması, əlilliyə görə pensiyanın müəyyənləşdirilməsi, mənzilinin çıxarışını almaqla bağlı vətəndaşın yaşadığı hüquqi çətinlik və s. bu kimi müxtəlif yönümlü mövzular başlıca yer almışdır.
Seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb