Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı ilə Daşkənd vilayəti Pedaqoji Məharət Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, sənədi filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev və Daşkənd vilayəti Pedaqoji Məharət Mərkəzinin direktoru Timur Kalmuratov imzalayıblar.
Yusif Alıyev və Timur Kalmuratov imzalanan sənədin yüksək əhəmiyyət daşıdığını, böyük səmərə gətirəcəyinə əminliklərini ifadə ediblər.
Bu sənəd iki nüfuzlu təhsil təşkilatı arasında qarşılıqlı və ortaq təlim-seminarların təşkili, eləcə də təhsil istiqamətində əməkdaşlıq əlaqələrinin genişlənməsini nəzərdə tutur.
Bildirilib ki, memorandum Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorluğunun dəstəyi ilə ADPU-nun Quba filialının beynəlxalq əlaqələri çərçivəsində növbəti mühüm addımıdır.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb