"Gənc nəsil formalaşmış təbliğat klişelərini dəyişmək, stereotiplərə və zərərli normalara meydan oxumaq, eləcə də hörmət, bərabərlik və emosional təhlükəsizliyə əsaslanan münasibətlər qurmaq gücünə malikdir".
Bunu Azərbaycanda gender əsaslı zorakılıq barədə debatda çıxışı zamanı Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç deyib.
O bildirib ki, gender əsaslı zorakılıq ciddi hüquq pozuntusudur: "Bu, qadın və qızların cəmiyyətdə tam iştirakına mane olur. Buna sona qoymaq bizim birgə borcumuzdur".
Qeyd edək ki, tədbirin məqsədi amerikalı müəllif Kollin Huverin müəllifi olduğu "Hər şey bizimlə bitəcək" kitabında əks olunan bəzi mövzulara diqqət çəkərək gender əsaslı zorakılıq barədə müzakirə aparmaqdır.
Tədbir "Hər şey bizdən başlayır. Qadın və qızlara qarşı zorakılığa son qoyaq" şüarı aylığında həyata keçirilən Aİ-nin "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində baş tutub. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın bütün formalarının qarşısını alaraq, onların aradan qaldırılması üçün məlumatlandırmanı artırmaqdır.
Kampaniya noyabrın 25-də, Qadınlara Qarşı Zorakılığın Ləğvi üzrə Beynəlxalq Gündə başlayıb və dekabrın 10-da, Beynəlxalq İnsan Hüquqları Gününə qədər davam edəcək.
"Report"
Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM