30 noyabr 2025 18:37
300

MPL: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi

Misli Premyer Liqasının 13-cü turunda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 15-ci dəqiqəsində Prins Ovusu hesabı açıb. 34-cü dəqiqədə isə Bəxtiyar Həsənalızadə bərabərlik qolunu vurub.

59-cu dəqiqədə Adriel Ba Loua “Qəbələ”nu növbəti dəfə hesabda önə çıxarıb.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

13-cü tur

30 noyabr (bazar)

16:30. “Qəbələ” 2–1 “Araz-Naxçıvan”

Qollar: Prins Ovusu,15 (1-0), Bəxtiyar Həsənalızadə, 34 (1-1), Adriel Ba Loua, 59 (2-1)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Kamran Əliyev

Qəbələ şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”