30 noyabr 2025 20:56
278

Basketbol millimiz seçmə mərhələdə ikinci oyununu keçirib

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 95:90.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.