“Nərimanov” elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Metropolitendən AZƏRTAC-a bildirilib ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.
Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq.
07:24
“Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr var.
"Bakı Metropoliteni" QSC-dən "İki sahil"ə bildirilib ki, “Bakmil” stansiyasının fəaliyyəti məhdudlaşdırılıb. Texniki xidmətlər müvafiq enerji təminatının bərpası üçün operativ iş aparır.