01 dekabr 2025 08:47
225

"Bakmil" fəaliyyətini tam bərpa edib

"Nərimanov" elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda "Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib.

Bu barədə "İki sahil"ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Qeyd olunub ki, Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.