01 dekabr 2025 09:36
629

Qadın futbolçulardan ibarət millimiz bu gün sonuncu matçına çıxacaq

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.

“İki sahil” xəbər verir ki,  B Liqasının V qrupunda yer alan komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.

Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.