Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.
“İki sahil” bu barədə quruma istinadla xəbər verir.
Məlumata görə, start qiyməti 6 500 manat olan "Mercedes Benz S320" markalı avtomobil 15 800 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Dövlət əmlakı üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib