03 dekabr 2025 16:21
264

AK Rusiya aktivlərindən istifadə edərək Ukraynaya 165 milyard avro kredit təklif edir

Avropa Komissiyası Ukraynaya Rusiya aktivlərindən istifadə edərək 165 milyard avro kredit təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Avropa Komissiyası Belçikada saxlanılan dondurulmuş Rusiya dövlət aktivlərinin pul dəyərindən istifadə edərək Ukraynaya 165 milyard avroluq "təzminat krediti" verməyi təklif edir.

Qeyd olunur ki, AK üzv dövlətlərə dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi üçün hüquqi təkliflər təqdim edib.

Nəşrin məlumatına görə, Avropa Komissiyası 210 milyard avroluq Rusiya aktivlərini müsadirə etmək istəyir.