İtaliya Ukraynaya hərbi yardımın uzadılması ilə bağlı qərarın təsdiqini gələn ilə qədər təxirə salmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, İtaliya hökuməti Romanın Ukraynaya hərbi təchizatın çatdırılmasını gələn ilə qədər uzatmasına imkan verən qərarın təsdiqini təxirə salmağı planlaşdırır.
"Bloomberg" əvvəllər NATO-nun ABŞ-ın məhdud dəstəyi ilə Rusiya ilə qarşılaşmağa hazır olduğunu bildirmişdi.