Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Yasamal" bazarı və "İnşaatçılar" metrostansiyası ətrafında qanunsuz küçə ticarətinə qarşı reyd keçirilib.
“İki sahil” xəbər verir ki, Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.
"İnşaatçılar" metrostansiyasının yaxınlığındakı qanunsuz küçə satışı piştaxtalarında isə yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub.
AQTA rəsmisi: Elektron siqretlərdəki formaldehidin həcmi təhlükəli işlərdə olduğundan 20 dəfə çoxdur
Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib
Azər Əmiraslanov: Siqaretlə bağlı vergilərdən imtina edilməsi büdcə üçün itkidir