04 dekabr 2025 13:02
245

Gənc ukraynalılar Polşaya kütləvi axın edir

Polşa Sərhəd Mühafizəsi 18-22 yaş arası ukraynalı kişilərin ölkəyə kütləvi axınını qeydə alıb.

“İki sahil” xəbər verir ki, nu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun sonundan noyabrın sonuna qədər 18-22 yaş arası 121.000 ukraynalı kişi Ukraynadan Polşaya daxil olub.

Qeyd olunur ki, eyni dövrdə eyni yaşda 59.000 ukraynalı kişi Ukraynaya gedib.

Bir müddət əvvəl Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin katibi Roman Kostenko 18-22 yaş arası 120.000-dən çox kişinin ölkəni tərk etdiyini bildirmişdi.