05 dekabr 2025 10:10
471

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasiminə qatılacaq

AFFA prezidenti Rövşən Nəcəf 2026-cı ildə keçiriləcək dünya çempionatının püşkatma mərasiminə qatılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. Qurumun rəhbəri ABŞ-nin paytaxtı Vaşinqtonda təşkil olunacaq tədbirdə iştirak edəcək.

Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.