Azərbaycanın gömrük sistemində "Malların ikipilləli buraxılış sistemi"nin tətbiqi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi Etibarlı Tərəfdaş Konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlər planında öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, etibarlı tərəfdaşlar üçün maliyyə dayanıqlılığına dair mexanizmlərin gücləndirilməsi (Gömrük ödənişlərinin hissə-hissə ödənilməsini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması), həmçinin mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizmininin inkişaf etdirilməsi planlaşdırılır.
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib