Suriya ilə Türkiyə, eləcə də Türkiyə ilə Azərbaycan arasındakı enerji dəhlizi irəlidə inanılmaz dərəcədə faydalı olacaq.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin Ankaradakı səfiri Tom Barak bəyan edib. Diplomat, Türkiyə ilə ABŞ arasında imzalanan mayeləşdirilmiş təbii qaz müqaviləsini xatırladaraq, maye qaz məsələsinin bu səbəbdən daha da əhəmiyyət kəsb etdiyini bildirib.
Azərbaycan və Ermənistan arasında sülh sazişi barədə danışan səfir, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağına ümid etdiyini qeyd edib.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb