Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl-Misnəd ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Prezidentin köməkçisi bu barədə "X" səhifəsində yazıb. Tərəflər ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.
Görüş zamanı tərəflər iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi yollarını müzakirə edib və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəlib.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb