Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda bütün atmosferi dəyişən böyük uğurdur.
“İki sahil”in xarici KİV-ə istinadən məlumatına görə, o, bu barədə Dohada keçirilən beynəlxalq sammitdə çıxışı zamanı bildirib. "İndi biz münaqişənin özünü deyil, sülhün necə möhkəmləndirilməsini və onun necə institutlaşdırılmasını müzakirə edirik", - A.Qriqoryan bildirib. Onun sözlərinə görə, gələcəkdə sülh sazişinin ratifikasiyası və regionda kommunikasiyaların bərpası avqustun 8-də Bakı və İrəvan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların institutlaşdırılması prosesinin bir hissəsidir.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb