İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfir Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verir. Onun sözlərinə görə, rəsmi Tehran Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlıdır.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb