ABŞ Konqresi 2026-cı maliyyə ili üçün hərbi büdcə layihəsini təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Layihədə ABŞ prezidentinin xahiş etdiyi məbləğdən 8 milyard dollar çox - 901 milyard dollar təklif olunur.
Donald Tramp Konqresdən hərbi xərclər üçün 892,6 milyard dollar ayırmasını istəyib. Senat əvvəlcə xərcləri 925 milyard dollara qədər artırmağı təklif edib, Nümayəndələr Palatası isə prezidentin xahişinə bərabər məbləğ üçün lobbiçilik edib.
TASS sənədlərə istinadla xəbər verir ki, nəticədə qanunvericilər kompromis əldə ediblər.
2025-ci maliyyə ilində ABŞ-ın hərbi büdcəsi 884 milyard dollar olub.