İkitərəfli və üçtərəfli görüşlər regionda sülh və sabitliyin gücləndirilməsi üçün faydalı olacaq. Azərbaycanda bizə göstərilən çox gözəl qonaqpərvərlik üçün minnətdarıq.
“İki sahil” xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən brifinqdə deyib.
“Biz Azərbaycanla bütün sahələrdə əlaqələri gücləndirmək və daha da irəli aparmaq istəyirik. İranda da fikir bu istiqamətdə qətiyyətlə formalaşıb və gələcəkdə əlaqələrin inkişafına çalışılacaq. Heç bir tərəf bizim əlaqələrimizə zərbə vurulmasına icazə verməməlidir”, - deyə o əlavə edib.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb