08 dekabr 2025 14:17
179

Polşada üç ukraynalı casus avadanlığı ilə həbs edilib

Polşada üç Ukrayna vətəndaşı casus avadanlığı ilə birlikdə həbs edilib

“İki sahil” xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.

Varşava polisi onların avtomobilində casus cihazı detektoru və haker avadanlığı aşkar edib.

Məlumata görə, polis cihazları yol kənarında yoxlama zamanı aşkar edib. 39, 42 və 43 yaşlı üç Ukrayna vətəndaşı saxlanılıb. Onlar Polşadan Litvaya getməyi planlaşdırdıqlarını bildiriblər.

Baş serjant Kaçper Voytçkonun sözlərinə görə, onlar cihazları niyə aldıqlarını izah edə bilməyiblər.

İstintaq başlayıb. Ukrayna vətəndaşları üç ay müddətinə həbs ediliblər.