09 dekabr 2025 16:44
338

Lukaşenko: Belarus-Ukrayna sərhədində vəziyyət sabitləşib

Belarus-Ukrayna sərhədində vəziyyət az-çox sabitləşib, lakin bir çox məsələlərin hələ də həll olunması lazımdır.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkə Təhlükəsizlik Şurasının iclasında verib.

O, bir çox məsələnin səfərbərlik yolu ilə həll edilməli olduğunu qeyd edib. Lukaşenko həmçinin Ukrayna tərəfindən tərk edilmiş sərhədin "bərpa edilməsi"nin zəruriliyindən danışıb.

Lukaşenko həmçinin Belarusda qalmış Litva yük maşınları ilə bağlı vəziyyətə də münasibət bildirib. O, Vilnüsü danışıqlar masasına oturmağa çağırıb.