11 may 2026 11:51
98

Floridada güclü meşə yanğını olub

ABŞ-ın Florida ştatında güclü meşə yanğını baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.

Məlumata görə, yanğın qısa müddət ərzində geniş yayılıb və 8 min hektar ərazini məhv edib. Yanğının yaşayış məntəqələrinə yaxın ərazilərə doğru irəlilədiyi bildirilir.