Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri dekabrın 9-da başa çatıb.
“İki sahil” xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər yola saldılar.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb