ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Kolumbiya lideri Qustavo Petro narkoticarətinə qarşı lazımi tədbirlər görməsə, Vaşinqtonun bu sahədəki mübarizəsində “növbəti hədəfi” ola bilər.
“İki sahil” xəbər verir k bu barədə Politico məlumat yayıb. “Kolumbiya çoxlu narkotik istehsal edir, onların kokain istehsal edən fabrikləri var və bunu ABŞ-a satırlar”, - Tramp vurğulayıb. ABŞ lideri əlavə edib ki, Petro vəziyyəti dərk etməli və tədbir görməlidir, əks halda nəticələr qaçılmazdır: “O, növbəti olacaq. Ümid edirəm, bunu eşidir. O, növbəti olacaq”.