"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib.
“İki sahil” xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 187,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 65-ci sıraya düşüb.
"Sabah" (87,25 xal) 276-cı mövqedən 252-yə, "Zirə" (70,5 xal) 387-dən 360-a qalxıb.
"Araz-Naxçıvan" 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.
Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.