Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna AZS ISO/IEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər” standartı üzrə akkreditasiya attestatını təqdim etmişdir.
“İki sahil” xəbər verir ki, akkreditasiya institut üçün şəffaf, etibarlı və obyektiv meyarlara əsaslanan sertifikatlaşdırma proseslərinin təminatı, həmçinin mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəlməsi və sektorun inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.
Attestatın təqdimatı AzAK‑ın mərkəzində baş tutmuş, ardından isə institutda bununla bağlı rəsmi tədbir keçirilmişdir.
Tədbirdə AZS ISO/IEC 17024:2024 standartının əsas prinsipləri, İnstitutda formalaşdırılan uyğunluq prosesləri və bu yeniliklərin sektorda yaradacağı imkanlar barədə ətraflı məlumat təqdim olunub.
Bu nailiyyət İnstitutun sertifikatlaşdırma xidmətlərinin keyfiyyətinin daha da yüksəlməsinə və beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib