Azərbaycan boksçusu Sübhan Mamedov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Sahil Alahverdoviyə qalib gəlib. O, həlledici qarşılaşmada bu gün Rusiya təmsilçisi Edmond Xudoyanla döyüşəcək. Digər boksçularımız Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) isə finala gedən yolda məğlub olaraq, bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir