UEFA Avropa Liqasının əsas mərhələsinin VI turundan sonra turnirin pley-off mərhələsinə vəsiqəni təmin edən 6 komanda müəyyənləşib.
“İki sahil” xəbər verir ki, "Lion" (Fransa), "Midyullann" (Danimarka), "Aston Villa" (İngiltərə), "Betis" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş"un (Macarıstan) ilk "24-lük"də yer alacağı dəqiqləşib. Liqa mərhələsinin son iki turu 2026-cı ilin yanvarında keçiriləcək.
Əsas mərhələdə ilk 8 komanda birbaşa 1/8 finala, 9-24-cü yerləri tutan kollektivlər isə pley-offa adlayacaqlar.
Qeyd edək ki, Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" komandasıdır.
Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.