Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.
“İki sahil” xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, Tbilisidə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları idarəsinin nümayəndələri, Gürcüstanda Azərbaycan icmasının nümayəndələri və tələblər Tbilisidəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Kür çayının sağ sahilində yerləşən, Heydər Əliyevin adının əbədiləşdirildiyi xatirə lövhəsi ziyarət olunub.
Həmçinin, Rustavi şəhərində Heydər Əliyevin adını daşıyan parkdakı abidə də ziyarət olunub.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb