Gələn ilin fevral ayında ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında bildirib.
"ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və aparıcı enerji şirkətləri ilə enerji gündəliyimizdə yer alan layihələr və potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi apardıq. Ticarət Palatası enerji əməkdaşlığının genişləndirilməsinə maraq göstərir", - nazir vurğulayıb.
"Laçın" tankeri ilə 6 il ərzində 464,093 min ton neft və neft məhsulları daşınıb
Azərbaycan və ABŞ potensial sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb