Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 2025-ci il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 15 milyard 907,1 milyon manat təşkil edib.
“İki sahil” xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 68,8 faizi milli, 31,2 faizi xarici valyutada qoyulub.
Milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,7 faiz artıb.
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil - Şahmar Mövsümov