14 dekabr 2025 10:24
145

Bağlanış mərasimi Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək

Özbəkistanın Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər 13-20 dekabr tarixlərində Azərbaycanda keçiriləcək Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində baş tutub. Qeyd olunub ki, dekabrın 15-də Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək.

Mədəniyyət günləri çərçivəsində "Navruz" rəqs ansamblı, Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert proqramları təşkil ediləcək.

Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək. Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.